Bizi izləyin:

Bir sıra obyektlərin birləşdirilməsi haqqında.

Eyni ərazidə yerləşdiyi, bir kompleksə daxil olduğu və oxşar tarixi mahiyyət daşıdıqlarını nəzərə alaraq, “Azərbaycanın 7 möcüzəsi” layihəsinin Təşkilat Komitəsi final mərhələsində iştirak etməsi üçün aşağıda qeyd olunan namizəd obyektlərin birləşdirilməsini məqsədəuyğun hesab etmişdir:

1. İçərişəhər memarlıq-şəhərsalma kompleksi, Qız qalası və Şirvanşahlar saray kompleksi.

 

       

2. Şah Abbas karvansarayı, Cümə məscidi və Çökək hamam kompleksi.

 

   

3. “Yuxarı Baş” tarix-memarlıq şəhərsalma kompleksi və Şəki Xan sarayı.

       

4. Beşbarmaq səddi, Çıraqqala və Gilgilçay istehkamları kompleksi.