Zaqatala qalası
Qala 1830-cu ildə Zaqatala şəhəri ərazisində tikilmişdir. Üçbucaq şəklində olan qalanın 2 tərəfi şərq və qərbdən sıldırımdır. Hasarın çöl tərəfindən eni 10, dərinliyi 5 m olan xəndək qazılmışdı. Sahəsi 11,5 ha, divarların uzunluğu 3000 m, hündürlüyü 3-5 m-dir. Qalanın 3 böyük qapısı var. Şərq qapısı “Zabit qapısı” adlanır. Əsasən rus ordusunun komandir heyəti istifadə edirdi. Şimal qapısı “Əsgər qapısı” adlanır. Əsgərlər təlim keçmək üçün bu qapıdan Qala düzünə çıxırmışlar. Şimal-qərb qapısı isə “Nəqliyyat qapısı” adlanır. Qalaya qoşun üçün lazım olan ərzaq, silah, hərbi sursat buradan daşınırdı. Mühasirədən çıxmaq üçün qalanın altından 2 yeraltı yol çəkilmişdir.

möcüzəsi
