Bizi izləyin:

“Yuxarı Baş” tarix-memarlıq şəhərsalma kompleksi, Şəki Xan sarayi

Yuxarı Baş tarix-memarlıq şəhərsalma kompleksi 

Bura Şəki şəhərinin ən qədim hissəsidir. Qoruq ərazisində Karvansaraylar, Şəki xan Sarayı, həmçinin Şəkixanovların evi, məscidlər və hamamlar yerləşir. Bura Şəki şəhərinin ən qədim hissəsidir. Qoruq ərazisində Karvansaraylar, Şəki xan Sarayı, həmçinin Şəkixanovların evi, məscidlər və hamamlar yerləşir.Şəhərin tarixi hissəsi 2019-cu il iyulun 7-də UNESCO-nun Ümumdünya İrs siyahısına salınıb.

Şəki Xan sarayi

XVIII əsrdə Şəki xanı Hacı Çələbinin nəvəsi Məhəmmədhüseyn xan tərəfindən tikilmiş, yay sarayı kimi istifadə olunmuşdur. Divarlarda təsvir edilən ov səhnələri, maraqlı təsvirlər yer alır. Sarayı özəlliyi heç bir tikinti materialı istifadə edilmədən, qapı və pəncərələrin şəbəkə üslubunda hazırlanmasıdır.