Bizi izləyin:

Şah Abbas məscidi (Xaçmaz)

Xaçmaz rayonunun Qaraqurdlu kəndində yerləşir. XV-XVI əsrlərə aid memarlıq abidəsidir. Məscid Arran memarlıq məktəbinə aid olan tikililərlə oxşar üslubda inşa olunmuşdur. Bəzi mənbələr qədimdə buranın məscid-mədrəsə kimi fəaliyyət göstərdiyini də qeyd etmişdir.