Bizi izləyin:

Qeysəriyyə

Naxçıvanın türk-islam mədəniyyəti abidələrindən biri də XVII əsrə aid Ordubad Qeysəriyyəsidir. Ordubad şəhərinin mərkəzində, bazar meydanında yerləşən Qeysəriyyə orta əsr şəhər ticarətinin üstüörtülü bazarlar qrupuna aiddir. XVII əsrdə, bişmiş kərpicdən tikilmiş abidənin sahəsi 540 m2-dir. Qeysəriyyə mərkəzi səkkizbucaqlı zaldan, tavanı qapayan günbəzdən, günbəzi saxlayan 4 dayaqdan, dayaqlarla kənar divar taxçaları arasındakı keçidlərdən ibarətdir. Abidənin ümumi hündürlüyü 8,5 metrdir. Qeysəriyyədə Ordubad rayon Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Qeysəriyyədə 2010-cu ildə bərpa və təmir işləri aparılmışdır.