Bizi izləyin:

Qədim Qəbələ şəhərinin qalıqları

Eramızın I əsrindən etibarən yazılı mənbələrdə adı çəkilən Qəbələ Albaniyanın ilk paytaxt şəhəri olub. Hazırda Qədim şəhərin qalıqları rayon mərkəzindən 15-20 km məsafədə, Qaraçay və Covurlu çayın arasındakı ərazidə, Çuxur Qəbələ kəndində yerləşir. Qədim Qəbələ eramızdan əvvəl IV əsrin sonu III əsrin əvvəllərində şəhər kimi meydana gələrək eramızın XVIII əsrinin ortalarına qədər yaşamışdır.