Nobel Qardaşları muzeyi
Robert, Lüdviq və Alfred Nobel qardaşları 1879-cu ildə “Nobel qardaşları neft istehsalı ortaqlığı” firmasının əsasını qoyublar. Firma əsas fəaliyyətini Bakıda və Abşeronda həyata keçirib. Qardaşların Bakı nefti əməliyyatlarından əldə etdikləri kapital dünyanın ən nüfuzlu mükafatlarından olan Nobel mükafatının material bazasının təxminən 20 faizini təşkil edib. “Nobel Qardaşları Muzeyi” Bakıda 2008-ci ildə açılıb. Muzey tarixidir və neft mövzusuna həsr edilib. Qardaşlar tərəfindən 1884-cü ildə tikilmiş kompleks “Villa Petrolea” adlandırılır.
![]()
möcüzəsi
