Bizi izləyin:

Naxçıvan xan sarayı

 

 

Naxçıvanda türk-islam mədəniyyəti abidələrinə mülki tikintilər, o cümlədən saraylar da daxildir. Belə saraylardan biri Naxçıvan xanlarının yaşayış evi - Xan Sarayıdır. 3600 m2 sahəsi olan Xan Sarayı yerləşdiyi ərazinin relyefinə uyğun olaraq üzü günçıxana tərəf inşa edilmişdir. Bu sarayı XVIII əsrin sonlarında Naxçıvan xanı Kalbalı xan Kəngərli tikdirmişdir. Xan Sarayı 2 mərtəbəlidir. Vaxtilə saray 2 ayrı-ayrı bölmədən ibarət olmuşdur. Cənub bölmə inzibati işlər və yüksək mənsəbli qonaqların qəbulu, şimal bölmə isə xan ailəsinin yaşayışı üçün nəzərdə tutulmuşdur. Birinci mərtəbədə 8 otaq, ikinci mərtəbədə 6 otaq və 2 zal vardır. Xan Sarayı 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə bərpa olunmuşdur.