Bizi izləyin:

Müqəddəs Yelisey monastırı

Ağdam rayonu ərazisində yerləşən monastır kompleksidir. Dəniz səviyyəsindən 2000 m yüksəklikdə, uca bir dağın zirvəsində tikilmişdir. Əsası V əsrdə qoyulub. Xaçın knyazlığı dövründə burada geniş inşaat işləri aparılmış; iri baş kilsə binası, altı kiçik kilsə, bir neçə yaşayış və təsərrüfat binaları tikilmişdir. Rəvayətə görə, məbəd Qafqaz Albaniyasında xristianlığı ilk dəfə təbliğ etmiş Müqəddəs Yeliseyin şərəfinə tikilmişdir.