Müqəddəs Yelisey Kilsəsi
Müqəddəs Yelisey kilsəsi Qəbələ rayonunun Nic qəsəbəsində yerləşir. Məbəd binası 1823-cü ildə yerli daşlardan dördkünc planda inşa edilib və kiçik zəng qülləsinə malikdir. Yerində əvvəllər Müqəddəs Yeliseyin şagirdi olan Vlasın qəbri və eyniadlı kapella yerləşirdi. 1823-cü ildə bu kapella Astvatzatur Cotaniants adlı bir udi rahib tərəfindən sökülmüş, buradan Mesrop Maştots tərəfindən yerləşdirilmiş iki mis xaç tapılmışdı. 1879-cu ildə kilsə yerli camaat tərəfindən 1000 rubla təmir edilib. 2006-cı ildə əsaslı bərpa olunmuş və Alban-Udi Xristian İcmasının istifadəsinə verilmişdir.
![]()
möcüzəsi
