Bizi izləyin:

Möminə Xatun türbəsi

Naxçıvanı abidələrinin ən möhtəşəm nümunələrindən biri Naxçıvan şəhərinin mərkəzində, “Əcəmi seyrəngahı”nda yerləşən, Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa olunan Möminə Xatın türbəsidir. Azərbaycan Atabəyləri dövlətinin banisi Atabəy Şəmsəddin Eldəniz 1175-ci ildə vəfat etmiş arvadı Möminə Xatının xatirəsinə bu türbənin tikilməsini əmr etmiş, ancaq bu işi oğlu Atabəy Məhəmməd Cahan Pəhləvan başa çatdırmışdır. Abidə yeraltı sərdabə və yerüstü türbədən ibarətdir. Daxildən dairəvi olan abidə xaricdən 10 üzlüdür. Azərbaycan xatirə abidələri içərisində kompozisiya xüsusiyyətləri ilə seçilən Möminə Xatın türbəsi memarlıq abidələri sırasında özünəməxsus yer tutur.