Bizi izləyin:

Lex qalası

Kəlbəcər rayonunda yerləşir. Orta əsrlərə aid memarlıq abidəsidir. Qalanın başında dərinliyi 3-5 m olan quyular var. Bu quyularda ərzaq, ya da su saxlanılırmış. Qalanın Ləv çayı istiqamətində iki mağarası aşkar olunmuşdur. Uca dağ başında inşa edilmiş qaya müdafiə məqsədilə tikilmişdir. Tədqiqatçıların fikrincə, bu qala karvan yollarının üzərində tikilərək həmin yollara nəzarət funksiyası daşıyırdı.