Bizi izləyin:

Kələxana türbələri

Şamaxı şəhərində yerləşən türbələr kompleksidir. Kompleksə daxil olmuş doqquz türbədən səkkizi dövrümüzə qədər gəlib çatmışdır. Türbələrdən yalnız biri üzərində kitabə qalmışdır. Həmin kitabədə abidənin inşa tarixi və dəfn edilənin kimliyi haqqında məlumat verilmişdir. Buradan məlum olur ki, türbə hicri tarixlə 1074-cü ildə (miladi 1663-1664) sərkar rütbəli memar Əmir Əli oğlu Əbdüləzim tərəfindən inşa edilmişdir.