Bizi izləyin:

İçərişəhər Dövlət Tarix-Memarlıq qoruğu, Qız qalası, Şirvanşahlar saray kompleksi

İçərişəhər Dövlət Tarix-Memarlıq qoruğu

İçərişəhər adlanan ərazidə insanlar hələ tunc dövründən məskunlaşmışdılar. İçərişəhərin ən böyük abidələri - Şirvanşahlar sarayı və Qız qalasıdır. Ərazisi 22 ha-dır. Arxeoloji qazıntılar VII əsrdən İçərişəhərdə yaşayış binaları tikildiyini göstərir. . XII əsrdə İçərişəhər qala divarları ilə əhatə olunmuşdur. İçərişəhər 1977-ci ildə Azərbaycanın tarix-memarlıq qoruğuna çevrilmiş, 1985-ci ildə isə onun ərazisi Dövlət Tarix-Memarlıq Qoruğu elan olunmuşdur. 2000-ci il tarixində Qız Qalası və Şirvanşahlar Sarayı ilə birgə İçərişəhərin UNESCO-nun Ümumdünya Maddi-Mədəni İrs Siyahısına daxil edilmişdir.

Qız qalası

Qız qalasının X-XII əsrlərdə inşa olunduğu güman edilir. Qalanın Davud ibn Məsud tərəfindən tikildiyi ehtimalı var. Hündürlüyü 28 m, divarlarının qalınlığı aşağıda 5 m, yuxarıda 4 m-dir. Qız qalası 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.

Şirvanşahlar saray kompleksi

XII-XV əsrlərə aiddir. Şirvanşah I Xəlulillahın dövründə tikilib. Kompleksə Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir. 2000-ci ildə unikal memarlıq və mədəniyyət kompleksi kimi UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilib.