Bizi izləyin:

Həsənxan qalası

Qax rayonunun Qaxbaş kəndinin yaxınlığında, Kümükçay yatağının sağında yerləşir. Qalanın tikintisində çay daşı və əhəng məhlulundan istifadə olunmuşdur. Həsənxan qalası bürclərdən və qala divarlarından ibarətdir. Bürclərdə iki sıra mazğal və pəncərə yerləri, divarlarda isə mazğallar vardır. Qalanın inşa tarixi XIX əsrin ikinci yarısına aid edilir.