Bizi izləyin:

Gəmiqaya petroqlifləri

Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycan türklərinin ulu babalarına aid yurd yerlərinin qalıqlarını aşkara çıxararaq müəyyənləşdiriblər ki, Gəmiqaya-Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas yaşayış məskənlərindən biri olub. Buradakı qayalar üzərində insan və müxtəlif heyvan rəsmləri, ov səhnələri, işarə və təsvirlər həkk edilib. Gəmiqaya təsvirləri və qədim yurd yerlərinin azı 5-6 min il yaşı var. 2014-cü ildə “Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzey üçün bina tikilib. 2 otaq və ekspozisiya zalından ibarət muzeyin fondunda 213 eksponat var. Muzeyə üzərində rəsmlər olan qayalar, Gəmiqayada aparılan tədqiqatlara aid kitablar, qayaüstü rəsmlərin fotoşəkilləri, Naxçıvanın 5 minillik tarixinə aid elmi simpoziumların materialları toplanıb.