Bizi izləyin:

Dəmirovlu pir məbədi

Laçın rayonunun Qarıqışlaq kəndində yerləşən qədim alban məbədidir. Tikilmə tarixi XI əsrə aid edilir. Qafqaz Albaniyasının mədəni irsinə daxildir. Yerli daşlardan, hündür dağlıq ərazidə inşa edilmişdir. Bunun da səbəbi artıq İslamın yayıldığı bir dövrdə məbədi kənar təsirlərdən qorumaq olmuşdur. Məbədin giriş qapısı üzərində böyük alban xaçı həkk edillib.