Bizi izləyin:

Damcılı mağarası

Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Aveydağın Cənub-Şərqində, əhəng qayalığın altında yerləşir. Təbii çatlardan süzülən su damcılarına görə “Damcılı” adlandırılmışdır. Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsi 360 m2. Orta Poleolit, Üst Poleolit, Mezolit və Neolit dövrlərinə aiddir. Arxeoloji qazıntılar zamanı çoxlu maddi-mədəniyyət nümunələri aşkar edilmişdir.