Bizi izləyin:

Dairəvi Mərdəkan (Şıx) qalası

Mərdəkan ərazisində yerləşir. Hündürlüyü 16 m, içərisi 3 yarusdan ibarətdir. Qəsrin daşlarında həkk olunan yazıların oxunması zamanı, onun 1232-ci ildə inşa edilməsi məlum olmuşdur. Qəsr əhəng məhlulu ilə yerli əhəng daşından tikilmişdir. Qəsri əhatə edən qala hər tərəfdən 7 m hündürlüyündə daş divarlarla hörülmüş kvadrat formalı həyətdən ibarətdir. Planı dairəvi olan qala yuxarıya doğru daralır.