Bizi izləyin:

Dairəvi məbəd

Dairəvi məbəd XIX əsrin ortalarından XX əsrin əvvəllərinə qədər indiki Şəki şəhərində fəaliyyət göstərmiş yeganə pravoslav kilsəsi idi. Təmiz yonulmuş əhəngdaşı dairəvi planda tikilmiş və üstü günbəzlə tamamlanmışdı. Sonralar üç tərəfdən çay daşı və kərpic hörgüsü ilə əlavələr edilərək genişləndirilmişdir. Hal-hazırda dövlət qeydiyyatındadır və ölkə əhəmiyyətli memarlıq abidəsi statusuna malikdir. Keçmiş kilsə binasının içində isə Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir.