Bizi izləyin:

Cavad xan türbəsi

Gəncə şəhəri ərazisinə daxildir. Ərazidən üstü ərəb dilində yazılmış baş daşı və məzar aşkarlanmışdır. Yazılar məzarın Gəncə xanı Cavad xana aid olduğunu göstərir. Türbə Arran memarlıq məktəbi üslubunda, bişmiş kərpicdən dördkünc formada inşa edilmiş və üstü gümbəzlə örtülmüşdür. Türbənin mərkəzində Cavad xanın məzarı durur, baş daşı isə qiymətli eksponat kimi Gəncə Tarix Diyarşünaslıq Muzeyində saxlanılır.