Bizi izləyin:

Buzxana abidəsi

Naxçıvanda orta əsr memarlığının nadir nümunələrindən sayılan buzxanaların xüsusi yeri var. Belə abidələrdən biri Naxçıvan şəhərinin cənubunda, İmamzadə kompleksinin yaxınlığında yerləşən, XII-XIV əsrlərə aid buzxanadır. Azərbaycanda ən böyük buzxanalardan biri olan abidə düzbucaqlı formada inşa olunmuşdur. Uzunluğu 20 metr, eni 9 metr, hündürlüyü 9,6 metrdir. Naxçıvan buzxanası Naxçıvan memarlıq məktəbinin inkişafı dövründə, XII-XIV əsrlərdə inşa olunub. Zaman keçdikcə güclü aşınmaya məruz qalmış buzxana Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2013-cü ildə bərpa olunmuşdur.